Bu gün Türkiyədə kürdlərin siyasi təşkilatı sayılan DEM Partiyasından heyət MHP sədri Dövlət Baxçalı ilə görüşəcək.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, görüş parlamentdə Baxçalının ofisində baş tutacaq.
Məlumata görə, görüş saat 15.00-da keçirilcək.
DEM Partiyasından bildirilib ki, partiyanın Öcaslanla görüş üçün ayrılmış heyəti - Pervin Buldan, Mithat Sancar və Faiq Özgür Erol bu gün saat 12.00-da DEVA Partiyasının sədri Əli Babacanla DEVA Partiyasının qərargahında, saat 15:00-da isə Parlamentdə MHP sədri Dövlət Baxçalı ilə görüşəcəklər.
Firudin Səfərli
MİA.AZ