İstanbulda məzar yerinin qiyməti qaldırılıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə İstanbul Böyükşəhər Bələdiyyəsi qərar imzalayıb.
Qərara əsasən, hazırda bir məzar yeri və onun hazırlanması üçün minimum 17.904 lirə (720 manat) olsa da, yanvar ayından bu xərclər 200 faiz artırılıb: "Yeni qərara əsasən, bu xərlər 53712 lirəyə (2150 manat) qalxacaq"
Xəbərdə o da deyilir ki, qərar yerli əhali tərəfindən narazılıqla qarşılanıb.
Ləman
MİA.AZ