UEFA Çempionlar Liqasının liqa mərhələsinin 6-cı turu çərçivəsində"Qarabağ"-"Ayaks" oyunu saat 21.45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürüb. 

Mia.az xəbər verir ki, oyunun 10-cu dəqiqəsində "Qarabağ" Kamilo Duranın qolu hesabı açıb - 1:0.

39-cu dəqiqədə "Ayaks"dan Dolberq hesaba tarazlıq gətirib - 1:1.

İlk hissə bu hesabla başa çatıb.

46-cı dəqiqədə Mateus Silva əla zərbə ilə "Qarabağ"ı önə çıxarıb - 2:1

79-da qonaqlar yenidən hesabı bərabərləşdirib - 2:2

82-ci dəqiqədə hollandlar önə çıxıblar - 2:3

89-da "Ayaks" daha bir qola imza atır - 2:4

Oyun bu hesaabla baş.a çatlıb.

"Qarabağ" bnu nəticədən sonra 7 xalla 21-ci, "Ayaks" isə ilk 3 xalını qazanmaqla 33-cü yerdə qərarlaşıb.

***

Xatırladaq ki,  stadionda böyük anşlaq var və bütün biletlər satılıb.

Qarabağ"ın böyük üstünlüyü ilə bağlı proqnozlar axşam saatlarından etibarən mərc şirkətlərinin saytlarında təqdim edilməsi maraq doğurub.

Bu ilki Avroliqa mərhələləri zamanı 16 qol buraxan "Ayaks" Bakıya ikinci heyət və əsas hücumçu tərkibi olmadan gəldiyi üçün proqnozlar "Qarabağ" üçün tutulub. Onsuz da qələbənin qonaqlara faydası olmayacağını düşünərək bu gün "Qarabağ"ın minimal da olsa, qələbəsini ehtimal etməyi mən də çox istəyərdim. Amma futbolun mərc oyunlarının tərkib hissəsi olduğunu da unutmadan hesab edirəm ki, bu…

Yeri gəlmişkən, hazırda güclü və fasiləsiz yağan yağış səbəbiylə stadionda ot örtüyünün kəskin yumşalması bəzi texniki problemlər yarada bilər. Bu, oyunçuların hərəkət tempinə daha çox təsir edir. Hərçənd "Qarabağ" belə hava şəraitinə adaptasiya olunan oyun nümayiş etdirib. Amma yenə də oyunda fiziki olaraq tab gətirmək asan olmayacaq.

Zülfiyyə Mustafayeva

MİA.AZ