Bu gün UEFA Konfrans Liqasının 1/8 finalının ilk oyununda Türkiyənin "Samsunspor" komandası doğma meydanında "Rayo Valyekano" komandasınə qəbul edib.
Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, oyunun 15-ci dəqiqəsində qonaqlar hesabı açıb.
21-ci dəqiqədə "Samsunspor" hesaba tarazlıq gətirib.
Lakin ispanlar 40 və 78-ci dəqiqədə daha iki qol ataraq Türkiyədən qələbə ilə evlərinə dönüblər.
Beləliklə, cavab qarşılaşmasında "Samsunspor"u çox çətin oyun gözləyir.
Fərid ASLAN
MİA.AZ