"Qarabağ"-"Ayaks"oyununu hazırda stadionda "Ayaks"ın müxtəlif ölkələrdən gələn 1450 azarkeşi izləyir.
Mia.az xəbər verir ki, dünəndən azarkeşlər "Ayaks"ın fan formalarıyla Bakını dolaşıblar. Onlar birgə gəzintilər zamanı öz klubunu dəstəkləyən əyləncəli mahnılar oxuyaraq şəhərimizlə tanış olub.
Hazırda stadionda rəqib komandanın azarkeşləri 2 böyük sektoru doldurub. Onlar dayanmadan böyük coşqu göstərir. Azarkeşlərin bu coşğusu çox təqdirəlayiq hesab edilir.
Komandasının 0 xalı olduğu halda, hələ səfər oyununda bu qədər azarkeş sevgisi qeyri-adi qiymətləndilib. Bunu dünən Bakıda olan baş məşqçi Fred Qrim bildirib.
Yeri gəlmişkən, indiyədə Bakıda bu qədər azarkeş ziyarəti yalnız Avropa liqasının final oyunu zamanı baş verib.
Zülfiyyə Mustafayeva
MİA.AZ