Türkiyədə daha br CHP funksioneri saxlanılıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisə Antaliyanın Serik rayonunda yaşanıb.
Məlumata əsasən, CHP-nin sözügedən rayon üzrə sabiq sədri Ş.Ç. rüşvət ittihamı ilə qandallanıb.
İddiaya görə, o, bir ticarətçinin şiikayətindən sonra tutulub: "Partiya funksioneri mağaza sahibinin şikayəti ilə saxlanılıb. Ticarətçi siyasətçinin ondan hansısa mübahisəli sənədinin qaydaya qoymaq adıyla 80 min tl (təxminən 3200 manat) rüşvət almaqda ittiham edib. Antaliya prokurorluğu istintaqı davam etdirir"
Firudin Səfərli
MİA.AZ