Türkiyədə reperlər istintaqa cəlb olunub.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, müxtəlif ləqəblərlə məşhurlaşan repçilər Blok3, Ati242 ilə yanaşı, Emirhan Çakal ilin sonuna elan olunmuş konsertlərini artıq ləğv ediblər.
Məlumata görə, Blok3 təxirə salınmanı səhhəti ilə, Ati242 isə ailəsinin problemi ilə əlaqələndirib. Emirhan Çakal isə məsələyə münasibət bildirməyib: "O, sosial mediadan ünvanlanan sualları da cavabsız buraxıb".
Tanınmış jurnalist Çağdaş Evren Şenlik isə konsertlərini təxirə salan reperlər də daxil olmaqla bir çox məşhurların narkotik təbliğatı və qəbulu ilə bağlı açılmış istintaqa cəlb olunduğunu iddia edib. O, bu barədəki paylaşımında bildirib ki, məşhurların həbsi də gündəmdədir.
Hüseyn Namazov
MİA.AZ

