Almaniyanın məşhur bankı Türkiyənin milli valyutası barədə bədbin proqnoz verib.

Mia.az Türkiyə mətbuatlna istinadla xəbər verir ki,  "Deutsche Bank" Türkiyə ilə bağlı hazırladığı  yeni hesabatında USD/TRY, inflyasiya, faiz dərəcəsi və artım gözləntilərinini açıqlayıb.

Bankın hesabatına əsasən dolların 2025-ci ilin sonuna qədər 43 TL-yə yüksələcək: "2026-cı ildə bir dolların məzənnəsi 52 TL, 2027-ci il üçün isə 62 TL proqnozlaşdırılıb".

"Deutsche Bank" ərzaq qiymətlərinin davamlı artımı, xidmət inflyasiyasının sabitliyi və baza effektinin zəifləməsi səbəbindən ilin sonu inflyasiyasının Türkiyə Respublikası Mərkəzi Bankının (TCMB) 24%-lik proqnozundan xeyli yuxarı qalxacağını da iddia edib: "İnflyasiyaya gəldikdə isə 2026-cı ildə inflyasiya 23,8%-ə qədər yüksələcıək".

Lamiyə

MİA.AZ