Uzun illərdir ayaqlarında problem olduğu üçün yeriməkdə çətinlik çəkən məşhur müğənni Serdar Ortaçın son halı sevənlərini kədərə qərq edib.

Mia.az Türkiyə mətbuatlna istinadla xəbər verir ki, o, son konseri zamanı səhnəyə nəinki qalxa bilib, ümumiyyətlə, əlil arabasında belə tərpənməkdə çətinlik çəkib.

Məlumata görə, konsertinə görə özünü şux aparmağa çalışsa da, müğənninin səhhətinin yaxşı olmadığı, tamamilə bitkin halda olduğu gözlərdən qaçmayıb: "Pərəstişkarları onu ağlayaraq dinləyib və hər mahnının sonunda "tez sağal" deyə dua ediblər".

Hüseyn

MİA.AZ