"Beşiktaş"ın keçmiş hücumçusu, hazıra "Neftçi"nin formasını geyinən Vinsent Abubəkar Ertem Şenerin YouTube kanalında maraqlı açıqlamalar verib.
Mia.az Türkiyə mətbuatlna istinadla xəbər verir ki, o, müsahibəsində "Beşiktaş"dakı illərdən və komandanın həm o zaman, həm də indiki baş məşqçisi Sergen Yalçın haqqında sualları da cavablandırıb.
O, "keçmiş baş məşqçin Sergen Yalçın haqqnda nə deyə bilərsən? Razısanmı ondan?", -sualına gözlənilməz cavab verib: "Klub işçilərinin bir neçəsi ilə hələ də əlaqə saxlayıram. Keçmiş komanda yoldaşım Valentin Rosier ilə də münasibətlərim var. Açığı, artıq "Beşiktaş"ı izləmirəm. Orada bir neçə əla mövsüm keçirdim, səviyyə çox fərqli idi, amma uzun müddətdir ki, onların oyunlarını izləmirəm. Darıxmıram da ora üçün. Doğrudur, "Beşiktaşın çox xüsusi bir azarkeş bazası var. Orada olduğum müddətdə klub tarixinə adımı həkk edərək bir iz buraxdəm, bir çox kubok qazandım.
Sergen Yalçına gəldikdə isə, çempionluğu qazandığımız zaman bu, böyük uğuru qazanan və çempion olan biz oyunçular idik, o, deyildi. Bəli, bəli, "Beşiktaş"ı çempion edən Sergen Yalçın deyil, biz oyunçular idik. Meydanda çox mübarizə aparan komandaydıq. Əksini düşünənərə deyirəm: məşqçi eynidir və hazırkı heyətdə o vaxtkıdan daha böyük futbolçular var. Bacarırsa, indi komandanı çempion etsin. Etsin, görək də...".
Fərid ASLAN
MİA.AZ