Ötən axşam "Qalatasaray"la 1-1 heç-heçə edən "Fənərbağça"nın baş məşqçisi Domeniko Tedesko oyundan sonra açıqlama verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, risksiz start planla oyuna başladıqlarını deyib.

Baş məşqçi bildirib ki, oyuna nəzarətlə başlamağı üstün tutmağa çalışıblar: "İlk 10 dəqiqədə "Qalatasaray"ın öz cərimə meydançasına sıxmağa çalışdıq. Bunun üçün uzun toplarla oynamağa çalışdıq. Planımız 15-ci dəqiqədən sonra normal oyunumuza qayıtmaq idi. Matç zamanı psixoloji üstünlüklə rəqibi şoka salmaq istəyirdik. Oyunçularımız məhz bunu etdilər. Lakin Sanenin fərdi bacarığı sayəsində qol buraxdıq. Bu kimi matçlarda geriyə düşəndə toparlanmaq çətin olur. "Qalatasaray" yüksək səviyyəli matçlara öyrəşib. Bu cür matçları necə oynamağı bilirlər. Komandamla fəxr edirəm. sonadək ruhdan düşmədən oynadı. Və bərabərlik qolunu da vurduq. Hətta sayılmayan bir qolumuz da oldu. Bu cür şeylər olur. Bu həyatdır, biz davam etməliyik.

Biz, əslində, rəqibə oyun tərzimizi qəbul etdirdik və "Qalatasaray" ənənəvi oyununu dəyişdirdi. "Qalatasaray"ın çox qol şansı yaratdığını xatırlamıram. Həm Osimheni, həm də onun uzun toplarını yaxşı zərərsizləşdirdik. bir sözlə, qazana biləcəyimiz matçda heç-heçə etdik..."

Fərid ASLAN
Mia.az