Azərbaycanın bəzi rayonlarında fasilələrlə yağıntılı hava şəraiti dekabrın 5-i səhərədək davam edəcək.
Milli Hidrometeorologiya Xidmətindən Mia.az-a bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətə intensivləşəcəyi, dağlıq ərazilərdə qar yağacağı, çaylarda sululuğun artacağı ehtimal olunur.