Bu il Azərbaycan ali təhsil sistemində mühüm rol oynayan Xəzər Universitetinin yaradılmasının 35 illiyi qeyd edilir. 

Mia.az xəbər verir ki,1991-ci ildə bütün postsovet məkanında ilk özəl ingilisdilli universitetkimi yaradılan Xəzər Universiteti ötən 35 il ərzində Azərbaycanda 

ali təhsilin modernləşməsinə mühüm töhfə verib.

Universitet beynəlxalq akademik əməkdaşlıq, keyfiyyətli təhsil modeli və elmi fəaliyyətin inkişafı sahəsində önəmli uğurlar 

əldə edərək ölkənin aparıcı ali təhsil və tədqiqat mərkəzlərindən birinə çevrilib. Yubiley ili çərçivəsində 17-19 mart tarixlərində silsilətədbirlərin təşkil olunması planlaşdırılır. 35 illik yubiləyə həsr olunmuş ilk tədbir mart ayının 17-də beynəlxalq əməkdaşlıq mühitində Hilton hoteldə keçiriləcək. 

Tədbirdə dövlət və hökümət nümayəndələrinin, diplomatik korpus üzvlərinin, ölkənin və dünyanın müxtəlif universitetlərin rəhbərlərinin, akademik ictimaiyyətin, biznes tərəfdaşlarının, məzunların və

tələbələrin iştirakı gözlənilir.

Yubiley mərasimi xüsusi bədii kompozisiya ilə başlayacaq. Xəzər Universitetinin tələbələrdən ibarət xor kollektivi kamera orkestrinin müşaiyəti ilə Azərbaycan Respublikasının Dövlət Himnini səsləndiriləcək.Tədbir zamanı Xəzər Universitetininyaradıldığı ilk illərdən bu günə qədər keçdiyi inkişaf yolunu əksetdirən film nümayiş olunacaq.

Yubiley mərasiminin rəsmi hissəsində Xəzər Universitetinin təsisçisi və Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlının, rektor Razia xanım İsayevanın çıxışları, həmçinin dünyanın bir sıra aparıcı universitetlərinin rektorları, ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayan millətvəkilləri, ziyalılar, qonaqlar  təbrik nitqləri səsləndiriləcəklər.

Daha sonra xüsusi yubiley təltifləri təqdim ediləcək və incəsənət xadimlərinin iştirakı ilə konsert proqramı təqdim olunacaq.

Xəzər Universitetinin 5 illik yubileyi yalnız keçilən yolunqeyd olunması deyil, həm də universitetin gələcək inkişafistiqamətlərini və qlobal akademik məkanla əməkdaşlığının dahada genişləndirilməsi 

məqsədini nümayiş etdirən əlamətdar hadisədir.

MİA.AZ