Axtarışda olan Azərbaycan vətəndaşı Polşada saxlanılıb.

Mia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, dələduzluq maddəsi ilə başlanmış cinayət işi üzrə Sabunçu RPİ tərəfindən axtarışda olan Rüfət Abbasov İnterpol kanalları vasitəsilə saxlanılıb.

DİN-in İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən təqsirləndirilən şəxsin aidiyyəti qurumlarla birgə ölkəmizə gətirilməsi üçün tədbirlər görülür.