Baş Prokurorluq vətəndaşların adına saxta sahibkarlıq subyektləri qeydiyyatdan keçirilməsi ilə bağlı müraciətində vətəndaşların şəxsiyyət məlumatlarını tanımadıqları şəxslərə verməməsi bildirilib.

Mia.az-ın məlumatına görə, müraciətdə Azərbaycanda yüzlərlə vətəndaşın etibarından sui-istifadə edilərək onların adına saxta sahibkarlıq subyektləri qeydiyyatdan keçirildiyi bildirilib.

Qeyd olunub ki, həmin yalançı sahibkarlıq subyektlərindən istifadə etməklə törədilmiş əməllərlə dövlət büdcəsinə külli miqdarda zərər vurulub: "Belə qanunsuz sxemlərə qoşulan şəxslər, habelə onlara şərait yaradan vəzifəli şəxslər cinayət məsuliyyəti daşıyırlar. Vətəndaşlardan xahiş olunur ki, heç bir halda şəxsiyyət məlumatlarını tanımadıqları şəxslərə verməsinlər və şübhəli hallarla üzləşdikdə dərhal hüquq-mühafizə orqanlarına məlumat versinlər".