Türkiyə Pakistanda neft və təbii qaz kəşfiyyatı aparacaq.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar açıqlama verib.
O, Pakistanın Baş naziri Şahbaz Şəriflə görüşdən sonra bildirib ki, Türkiyə və Pakistanın dəniz və quru yataqlarında neft və qaz kəşfiyyatı və istehsalı üçün müqavilə imzalaınıb: "Görüşdən sonra Türkiyənin milli şirkəti olan Türk Neft Korporasiyası (TPAO) ilə Pakistanın Mari Energies, Fatima, OGDCL, PPL, Prime və GHPL neft şirkətləri arasında Pakistandakı üç dəniz və iki quru yatağında karbohidrogen kəşfiyyatı və istehsalı ilə bağlı müqavilələr imzalanıb. Bundan başqa, Pakistan və Türkiyə arasında enerji və mədənçilik sahələrində əməkdaşlığı inkişaf etdirəcəyik".
Nazir Bayraktar ou da qeyd edib ki, Pakistan mineral müxtəlifliyi və sərvəti baxımından vacib bir ölkədir: "Həm Afrika, həm də Orta Asiyadakı fəaliyyətlərimizə bənzər şəkildə, qarşıdakı dövrdə mədən sektorunda, əsasən dövlət şirkətlərimizlə tərəfdaşlıq yolu ilə mühüm layihələr həyata keçirəcəyik. Bu barədə qərarlarımızı bu gün verdik. Milli mədən şirkətlərimiz olan MTAIC və Eti Maden ilə birlikdə Pakistanda mədən əməliyyatlarında daha tez bir zamanda daha aktiv olacağıq".
Lamiyə Əhmədli
Mia.az