Kanal D-nin sevilən serialı olan və Yılmaz Ərdoğanın baş rol və rejissorluğu ilə çəkilən "İnci Taneleri" serialı mövsüm finalından sonra yayımlanmaması böyük maraq yaradıb. 

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, ötən ay Yılmaz Ərdoğan "bəzi problemlər vardı, artıq həll edilmək üzrədir", - deyərək, noyabr ayının ortalarında ekranlara dönəcəklərini açıqlasa da, sözü yalan çıxdı.

Məlumata görə, artıq seralla bağlı qeyri-müəyyənliyə son qoyulur: "Dekabrın 20-dən sonrakı ilk çərşənbə günü Kanal D-də sevənlər ilə serialın mövsümün ilk bölümü yayımlanacaq. Kanal D mhz bu səbəbdən çərşənbə günü üçün heç bir serail salmayıb, başqa sözlə desək, həmin günü "boş saxlayıb"".

Ləman

Mia.az