Barəsinddə həbs qətimkan tədbiri seçilən AXCP sədri Əli Kərimlinin vəkilləri apeliyasiya şikayəti verəcək.

Mia.az xəbər verir ki, bu barədə AXCP sədrinin müavini Seymur Həzi açıqlama verib.

O bildirib ki, şikayətdə Səbail Rayon Məhkəməsinin həbs qətimkan tədbirinin ləğvi tələb olunacaq: “Bu məsələdə lazımi bütün hüquqi prosedurlar həyata keçiriləcək. Əli bəylə bağlı məhkəmənin qərarı dünən verilib və biz apelliyasiya şikayətini bu gün hazırlayıb təqdim edəcəyik. Apelliyasiya müraciəti məhkəmə qərarının dəyişdirilməsi və həbs qətimkan tədbirinin ləğv olunması ilə bağlı olacaq”.

Xatırladaq ki, DTX trəfindən saxlanılan və dünən barəsində  2 ay 15 gün müddətə həbs qətimkan tədbiri seçilən Əli Kərimli Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham edilir. O, Ramiz Mehdiyevlə əlbir olmaqda təqsirləndirilir.