Oman körfəzində, Birləşmiş Ərəb Əmirliyinin Füceyrə limanından 40 km məsafədə tanker naməlum mərmi ilə vurulub.
Bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Agentliyinin (UKMTO) məlumatında bildirilir.
Tankerin korpusunda cüzi zədələrin olduğu bildirilir.
Ekipaj üzvləri xəsarət almayıb.