Bir neçə gün əvvəl Ukraynanın Qara dənizin Türkiyə ərazisində dronla vurduğu Rusiya tankeri bu gün İstanbula çəkilib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, qəzalı vəziyyətə düşən "VIRAT" gəmisi İstanbulda gəmi təmiri zavodunda təmir olunacaq.
Məlumata görə, droan zərbəsindən sonra yanan gəmidə elə böyük zərər yoxdur: """VIRAT" gəmisi Qara dənizdəki yerindən xüsusi yedək gəmisinin müşayiəti ilə İstanbulda limana çəkilib. Yaxın günlərdə təmirinə start veriləcək".
Xatırladaq ki, gəminin 20 nəfərlik heyət üzvləri yaralanmayıb.
Tahir Şəlvəli
MİA.AZ
