Naxçıvan Muxtar Respublikasında daha bir nazir vəzifədən azad olunub.
Mia.az xəbər verir ki, bu barədə Naxçıvan Ali Məclisinin dekabrın 1-də keçirilən növbəti sessiya iclasında qərar qəbul edilib.
Qərara əsasən, Naxçıvan Muxtar Respublikası səhiyyə naziri Samiq Sadıxov vəzifədən çıxarılıb.
***
Naxçıvan Muxtar Respublikasına Səhiyyə naziri vəzifəsi birinci müavinə həvalə olunub.
Mia.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov sərəncam imzalayıb.
Sərəncama əsasən, Rəşadət Qurban oğlu Nabatov Naxçıvan Muxtar Respublikasının səhiyyə nazirinin müavini təyin edilib. Ona digər sərəncamla səhiyyə nazirinin səlahiyyətlərinin müvəqqəti icrası da tapşrılıb.