“Nə qədər yaşı çox olsa da, korifeyləri teatrdan uzaqlaşdırmaq olmaz”.
Mia.az xəbər verir ki, bu sözləri tanınmış aktrisa, Xalq artisti Afaq Bəşirqızı “İkibaşlı” verilişində deyib.
O, sənət dostu Valeh Kərimovdan danışıb. Aktrisa onun kimi aktyorun diqqətdən kənarda qalmasından narahatlığını dilə gətirib: “Nə qədər yaşı çox olsa da, korifeyləri teatrdan uzaqlaşdırmaq olmaz. Valeh Kərimovu rejissorlar görməlidir. O, gözəl aktyordur, həm də mənim dostum, əzizimdir. Mənim də onunla bağlı planlarım var. Birgə televiziya tamaşasında iştirak etməyi nəzərdə tutmuşam. Səhhətim bəzən imkan vermədiyindən qabaqcadan danışmaq istəmirəm, amma birgə işimiz olacaq”/Yenicag.az.