"İran PKK-nın tərksilah edilməsini alqışlayır".
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri İranın Xarici İşlər naziri Abbas Arakçi türkiyəli həmkarı Hakan Fidanla görüçdən sonra keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, terrorizmin region üçün təhlükədir: "Türkiyənin terrorizmdən təmizlənməsini dəstəkləyirik".
Nazir Arakçı iki ölkə arasında ticarət və investisiya sahəsində əməkdaşlığın genişlənməsini mütləq sayıb: "İran Türkiyə ilə qaz müqaviləsini uzatmağa və enerji sektorunda əməkdaşlığı inkişaf etdirməyə hazırdır".
Nazirin sözlərinə görə, türkiyəli həmkarı ilə iki ölkəni dəmir yolu xətti ilə birləşdirən yeni sərhəd keçid məntəqəsinin və ticarət mərkəzlərinin açılması, həmçinin güzəştli ticarət sahəsi üzrə əlaqələrin dərinləşməsi istiqamətində uğurlu danışıqlar aparıblar.
Arakçi daha sonra ABŞ-la danışıqlar, İranın nüvə məsələsi, Fələstin böhranı və Qəzzadakı son durumdan söz açıb və bütün bunlarda İsraili günahlandırıb: "Bölgəmizə və dünyaya ən ən böyük təhlükə İsraildən gəlir".
Tahir Şəlvəli
Mia.az