Şri-Lankada güclü yağış fəlakətə çevrilib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bir neçə gündür davam edən yağış torpaq sürüşməsi və daşqınlara səbəb olub.

Şri-Lankanın yerli hökumətindən bildirilib ki, yaşanan fəlakətdə ölənlərin sayı 193-ə yüksəlib: "228 nəfər isə itkin düşüb. Onlardan hələ də xəbər yoxdur"

Məlumatda  da deyilir ki, fəlakətlər təxminən 1 milyon insana bu və ya digər formada ziyan vurub.

Tahir Şəlvəli
MİA.AZ