Məşhur holland furbolçu, bir vaxtlar "Fənərbağça"nın heyətində oynamış Pyer van Hoydonk  "Qalatasaray" - "Fənərbağça" derbisinə proqnoz verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, "TRT Spor" müsahibəsində dekabrın 1-də oynanılacaq derbidə keçmiş komandasının qalib gələcəyinə inamını ifadə edib.

Pyer van Hoydonk bildirib ki, Türkiyədə derbi həyəcanı tamam fərqli atmosfer yaradır: "Doğrudur, "Qalatasaray"ın güclü heyəti var. Lakin futbolda heç nəyin zəmanəti yoxdur. Yada sakım ki, 2003-cü ildə 2-2 hesablı "Qalatasaray" - "Fənərbağça" derbisində mən də meydanda olmuşam. Və həmin oyunda "Qalatasaray"a vurdğum qol unudulmazdır. Bu, qürurverici tarixdir. Bu günki matça gəldikdə isə deyə bilərəm ki, "Fənərbağça" üçün çətin matç olacaq, lakin "Fənərbağça"nın 1-0 hesabı ilə qalib gələcəyini gözləyirəm. Ən pis hala isə oyun heç-heçə də bitə bilər".

Fərid ASLAN
Mia.az