İstanbulda televiziya, film və reklam sənayesində çoxsaylı layihələrdə çalışmış operator Ömer Belli gecə saat 03.00 radələrində özünü "15 iyul Şəhidlər Körpüsü"ndən dənizə atıb.

Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, hadisədən bir neçə saat əvvəl, daha dəqiqi, 01.00 radələrində onun sərxoş vəziyyətdə qəza törətməsi və bu səbəbdən sürücülük vəsiqəsinin polis tərəfindən alınmasından sonra onun bir qədər də spirtli içki qəbul etdiyi müəyyən olunub.

Məlumata görə, saat 03.00 radələrində taksiyə əyləşən operator "15 iyul Şəhidlər Körpüsü"ndə sürücüyə "Burada saxla, şəkil çəkdirəcəm", - desə də, sürücü "burada maşın saxlamaq qadağandır", - deyərək, ona rədd cavabı verib: "Bu zaman o, "əl əyləci"ni çəkib, maşını dayanmaqla qapını açaraq cəld özünü boğaza atıb. Hazırda onun meyiti axtarılır..."

Operatorun ölümünə qədər Devin Özgür Çinar və Binnur Kayanın rol aldığı "10 Min Addım" teleserialında işlədiyi də deyilir. 

Firudin Səfərli
MİA.AZ