Ukrayna Prezidenti Ofisinin rəhbəri Andrey Yermak evində axtarış aparıldığını təsdiqləyib.
Mia.az "Report"a istinadla xəbər verir ki, o, bu barədə "Telegram" kanalında bildirib.
"Bu gün Ukrayna Milli Antikorrupsiya Bürosu və İxtisaslaşdırılmış Antikorrupsiya Prokurorluğu mənim evimdə prosessual hərəkətlər icra edir. Müstəntiqlər üçün heç bir maneə yoxdur. Onlara mənzilə tam giriş imkanı verilib. Ərazidə olan vəkillərim hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqədədir. Mən istintaqla tam əməkdaşlıq edirəm", - o qeyd edib.