Dünən Çinin Hon Konq Xüsusi İnzibati Bölgəsinin Tay Po rayonunda səkkiz binalı kompleksdə baş verən yanğında ölənlərin sayı artıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, son məlumata əsasən 55 nəfərin cəsədi bnadan çıxarılıb.
Məlumatda deyilir ki, yanğın söndürülsə də, hələ də 279 nəfərdən xəbər yoxdur: "Onlar itkin kimi rəsmiləşib. Ancaq onların yanaraq kül olduğu sirr deyil"
Məlumata görə, xəstəxanaya yerləşdirilən 76 yaralıdan 43-nün vəziyyəti isə kritikdir.
Tahir Şəlvəli
MİA.AZ