"ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkov və mənim xarici siyasət üzrə müşavirim Yuri Uşakov arasında 14 oktyabrda baş tutan telefon danışığının Qərb mətbuatına sızdırılmasıcinayətdir".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Bişkekdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Zirvə Toplantısından sonra keçirdiyi mətbuat konfransında Rusiya prezidenti Vladimir Putin deyib.
O, mətbuata sızdırılan danışıqların doğru olub-olmaıasına isə belə reaksiya verib: "Bu, yalan və ya həqiqət ola bilər. Lakin qanunla, bu, əslində, cinayətdir".
Putin Vitkovun rusiyalı həmkarlarına qarşı xoş davranşı barədə iddiaları isə belə şərh edib: "Rusiya ilə ABŞ arasında bu məsələlərlə bağlı heç bir problem olmayıb. ABŞ Rusiyanın neft şirkətlərinə sanksiyalar tətbiq etmək qərarına gəlib. Bunun səbəbi nədir?! Mən bunun nə olduğunu belə indi də başa düşmürəm. Buna görə də Vitkovu rusiyalı həmkarlarına qarşı nəzakətli, xoş davranmaqda günahlandırmaq mənasızdır. Hər kəs öz maraqlarını müdafiə edir. Digər tərəfdən, Vitkoff Amerikanın mövqelərini və maraqlarını müdafiə edir. Hə, onu da təkrar deyim ki, sanksiyalar bu münasibətlərə ciddi zərər verir".
Putin Rusiya xarici işlər naziri Sergey Lavrovun ABŞ Dövlət katibi Marko Rubio ilə görüşdən sonra "gözdən düşməsi" barədə iddiaları da yalanlayıb: "Bu, əlbəttə ki, yalandır. Onun öz proqramı var. Hazırda o, amerikalı həmkarları ilə növbəti görüşə hazırlaşır."
Samir MUSAYEV
MİA.AZ