"Rusiya Avropaya hücum etmək niyyətində deyil. Heç vaxt da belə niyyətimiz olmayıb. Belə bir iddianı tez-tez dilə gətirmək  gülüncdür. Biz heç vaxt bunu etmək istəməmişik. Amma əgər onlar bunu mənim dilimdən eşitmək istəyirsə, deyim: bu, tamamilə yalandır. Bəlkə də bu yalan Avropanın kollektiv təhlükəsizliyi üçün vacibdir".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Qırğızıstanın paytaxtı Bişkekdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Zirvə Toplantısından sonra keçirdiyi mətbuat konfransında Rusiya prezidenti Vladimir Putin deyib.

Vladimir Putin bu  və ya buna bənzər iddiaları oturub müzakirə etməyə hazır olduğunu da bildirib: "Məsələn, Amerika nümayəndələri gələn həftənin əvvəlində Moskvaya səfər edəcək. Onlarla həmUkrayna ilə bağlı sülh planı, həm də Avropanın təhlükəsizliyi müzakirə olunacaq".

Samir MUSAYEV

MİA.AZ