İsrail Müdafiə Qüvvələri (IDF) Cənubi Livanın bir neçə rayonunda "Hizbullah"ın obyektlərinə silsilə zərbələr endirdiyini təsdiqləyib.

Bu barədə IDF-nin bəyanatında deyilir.

Məlumata görə, zərbələr terror qruplaşmasına məxsus raket qurğuları, silah anbarları və hərbi obyektlərə endirilib.

"Bu ərazilərdə "Hizbullah"ın fəaliyyəti və infrastrukturunun mövcudluğu İsraillə Livan arasında əldə olunmuş razılaşmaların pozulması deməkdir", - məlumatda bildirilib.