Sudanda ordu ilə Sürətli Dəstək Qüvvələri arasında təxminən üç il davam edən döyüş ölkəyə böyük fəlakət gətirib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatı (BMT) hesabat açıqlayıb.
Hesabatda bir neçə gün əvvəl ölkədə 3 aylıq atəşkəs elanı müsbət qiymətləndirilib. Bildirilib ki, daxili savaş nəticəsində milyonlarla insan evlərindən didərgin düşüb: "Təxminən 21,2 milyon insan isə hazırda aclıqla imtahandadır".
Hesabatda bölgətə təcili humanitar yardım karvanları göndrilməzsə, aclığın kütləvi ölüm hallarına yol açma ehtimalı yüksək sayılıb.
Tahir Şəlvəli
MİA.AZ