Avstraliyanın Yeni Cənubi Uels əyalətindəki Kylies çimərliyində dəhşətli hadisə baş verib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, 20 yaşında qadın çimərliikdə köpəkbalığı hücumuna məruz qalıb.
Məlumata görə, köpəkbalığı qadın parçalayaraq öldürüb, onun yaxınlığında üzən kişini isə ağır yaralayıb: "Həmin kişi ağır yaralı halda helikopterlə xəstəxanaya aparılıb".
Yerli qurumlar hücumun nəhəng köpəkbalığı tərəfindən törədildiyini təsdiqləyiblər: "Hadisə səhərə yaxın yerli vaxtla saat 6:30 radələrində baş verib..."
Zülfiyyə
MİA.AZ