Füzuli şəhərində Qarabağ Regional DOST Mərkəzinin DOST məntəqəsi fəaliyyətə başlayıb.

Mia.az xəbər verir ki, məntəqənin açılış mərasimində iştirak edən əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyəti sədrinin birinci müavini Samir Hümbətov orada yaradılan şəraiti və xidmətlərin göstərilməsi prosesini nəzərdən keçiriblər.

Bildirilib ki, Böyük Qayıdış Proqramına uyğun olaraq dogma yurd yerlərinə qayıdan insanların DOST xidmətləri ilə əhatə edilmələri üçün ardıcıl işlər aparılır.