“Xəzər TV”də efirə gedən "İncə səhər" verilişinin yayımının tanınmış müğənni Almaxanım Əhmədlinin ifasından sonra dayandırılması müzakirələrə səbəb olub. Yayımın Mədəniyyət Nazirliyinin tapşırığı ilə dayandırıldığı bildirilir.
Mia.az xəbər verir ki, Pravda.az bununla bağlı Almaxanım Əhmədli ilə əlaqə yaratmağa çalışsa da, mümkün olmayıb.
İfaçının atası, tanınmış şair, professor Vüqar Əhməd isə məsələyə aydınlıq gətirib: “Montajda problem olub. Vüsalə xanım (red.- aparıcı Vüsalə Əlizadə) Bakıda deyil. İlk dəfə olaraq çəkiliş etmişdi. Veriliş “brak” gedib. Hazırda montaj gedir, sabah yenidən efirə veriləcək. Heç bir problem yoxdur”.
Qeyd edək ki, "Xəzər TV" məsələ barədə mövqe bildirməyib.