“Azərbaycan Respublikasının Kino Agentliyi Məmmədov Hikmət Baba oğluna 4 000 AZN ödəyib.

Mia.az Pravda.az-a istinadla xəbər verir ki, bu, Seçim Komissiyası üzvü olaraq 2025-ci il üzrə "Dövlət sifarişi ilə istehsal ediləcək film layihələri müsabiqəsi"ndə layihələrin qiymətləndirilməsinə görədir.

H.Məmmədov Milli Məclisin deputatıdır.