Parisdəki məşhur Luvr muzeyində oktyabrın 19-da baş verən soyğunçuluqla əlaqədar daha dörd nəfər saxlanılıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Parisin baş prokuroru Lore Bekkuau açıqlama verib.
Onun sözlərinə görə, Fransanın Luvr Muzeyində tarixi zinət əşyalarının oğurlanması ilə baölı davam edən istintaq çərçivəsində iki kişi və iki qadın da tutulub: "38 və 39 yaşlı iki kişinin və 31 və 40 yaşlı iki qadın soyğun prosesində iştirak ediblər. Şübhəlilər 96 saata qədər polis tərəfindən dindiriləcəklər. Ondan sonra barələrində qərar veriləcək"
Prokuror əlavə edib ki, muzeydən oğurlanmış 100 milyon avro dəyərindəki tarixi əşyalardan isə hələ də xəbər yoxdur.
Xatırladaq ki, soyğunda təxminən 100 mlyon avro dəyərində tarixi zinət əşyaları oğurlanıb: "Oğurlanmış əşyalar arasında olan Napoleonun İmperatriça Mari-Luizə hədiyyə etdiyi brilyant və zümrüd boyunbağı, 19-cu əsr kraliçaları Mari-Ameli və Hortenseyə məxsus daşlar, o cümlədən İmperatriça Yevgeniyanın mirvari və brilyant tacı da daxil olmaqla, zinət əşyaları hələ də tapılmayıb".
Onu da qeyd edək ki, soyğunçular qaçan zaman 2-ci Napoleonun xanımına məxsus tacı da yerə salaraq qırıblar.
Ləman
MİA.AZ