“Rahat” supermarketlər şəbəkəsinin Bakıxanov filialında satılan “Fiabesco” makaronlarının içindən qurd çıxıb.

Mia.az Pravda.az-a istinadla xəbər verir ki, sosial şəbəkələrdə şikayət paylaşan müştəri bildirib ki, bu, artıq eyni filialdan aldığı qurdlu olan dördüncü məhsuldur.

“Artıq 4-cü dəfədi. Bakıxanov qəsəbəsindəki filialdan aldığımız “Ankara” mannısı, “Favelli” un və indi də “Fiabesco” makaronun içində qurdlar yuva salıb. Axı belə olmaz! Niyə insanı hər şeydən iyrəndirirsiniz?” – müştəri bildirib.

Xatırladaq ki, “ANC Group” MMC-yə məxsus "Rahat" supermarketdə bundan əvvəl də “Slavyanka Zolotoy Step” konfetlərinin içindən qurd çıxmışdı. Mağazalar şəbəkəsinin daxil olduğu “ANC Group”un qanuni təmsilçisi Samir Rafiq oğlu Abdullayevdir. Şirkətdə 10% paya Babakişiyev Cəlal Rasim oğlu, 90% paya isə ABDA RETAİL İNVESTMENT HOLDİNG LTD malikdir.