SOCAR-a məxsus olan “Azər Türk Bank”da (ATB) İdarə Heyəti sədrinin Aparatına rəhbər təyin olunub.

Mia.az Banker.az-a istinadla  xəbər verir ki, Şəhriyar Habilov bu vəzifəyə gətirilib.

O, 2025-ci ilin noyabrından müvafiq vəzifənin icrasına başlayıb.

Ş.Habilov bundan əvvəl uzun müddət maliyyə və sığorta sektorunda müxtəlif vəzifələrdə çalışıb. O, 2015–2018-ci illərdə “Azsığorta” ASC-də hüquqşünas, 2018–2019-cu illərdə Maliyyə Bazarlarına Nəzarət Palatasında hüquq departamentində çalışıb. 2020–2024-cü illərdə isə Azərbaycan Mərkəzi Bankında ardıcıl olaraq aparıcı vəzifələr tutaraq, sığorta nəzarəti, istehlakçı hüquqlarının müdafiəsi və metodologiya sahəsində fəaliyyət göstərib. 2024–2025-ci illərdə Mərkəzi Bankın Sığorta nəzarəti metodologiyası şöbəsinin müdiri olub.