Bu gün ABŞ Prezidenti Trampla Çin Prezidenti Si Cinpin arasında telefon danışığı olub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Çin Prezidenti Si iki ölkəni İkinci Dünya Müharibəsindəki qələbənin nəticələrini birgə müdafiə etməyə çağırıb.

Çin və Yaponiya arasında Tayvanla bağlı diplomatik gərginliklər fonunda keçirilən görüşdə Si Cinpin Tayvanın Çinin tərkibinə qayıtmasının müharibədən sonrakı beynəlxalq nizamın vacib bir hissəsi olduğunu təkrarılayıb.

Si Cinpin iki liderin 30 oktyabrda Cənubi Koreyanın Busan şəhərində keçirilən görüşünün müsbət nəticələrindən məmnunluğunu qeyd edib. O bildirib ki, Çin və ABŞ-ın uğur qazanmaq və birlikdə daha da böyük tərəqqiyə nail olmaq üçün bir-birini dəstəkləməyə məcburdur.

Məlumatda deyilir ki, tərəflər Ukrayna böhranını da müzakirə ediblər. Si Cinpin Çinin sülhə doğru bütün səyləri dəstəklədiyini vurğulayıb və tərəflərin fikir ayrılıqlarını həll edəcəyinə, böhranın ədalətli sülh razılaşması ilə bitəcəyinə  ümid etdiyini bildirib.

Görüşün Yaponiyanın Baş naziri Takaiçi Sananın Tayvan məsələsinə hərbi müdaxilənin mümkünlüyünə işarə edən bəyanatı da müzakirə olunub. Əlavə olunub ki, bu məsələdə Çinlə ABŞ-ın mövqelərinin üst-üstə düşməsi diqqətəlayiqdir.

Samir Musayev
MİA.AZ