Bir vaxtlar Türkiyə super liqasında çıxış edən, hazırda isə birinci liqada oynayan "Adana Dəmirspor" komandası çöküb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, ciddi maliyə problemləri səbəbindən FİFA tərəfindən ard-arda xalları silindiyi üçün mənfi 23 xalla son sırada qərarlaşmış komandaya bu dəfə də klubun işçiləri "bir təpik" atıb.
Məlumata əsasən, aylardır maaş almayan işçilər məhkəməyə üz tutaraq, maaşıarı müqabilində klubun əşyalararının həbsinə nail olublar: "Bu gün məhkəmə icraçıları klubun bazasına gəlib, xeyli daşınar və daşınmaz əmlaklara "əl qoyub". Yaxın günlərdə həmin müsadirə olunan əmlaklar hərracda satışa çıxarılacaq. Əldə olunan pullar isə işçilərin maaşına yönəldiləcək".
Məlumatda o da deyilir ki, klub futbolçuların da pulunu ödəməkdə çətiblik çəkir: "Belə davam etsə, mövsüm bitmədən klub tam müflis halda liqadan çəkiləcək"
Fərid ASLAN
MİA.AZ