Türkiyənin Mersin şəhərində "yuva salmış" qanunsuz mərc oyunları təşkil edənlərə qarşı uğurlu əməliyyat həyata keçirilib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, əməliyyatla 40 şübhəli saxlanılıb.
Məlumata görə, saxlanılanlar arasında 4 futbol hakimi də var: "Aydın olub ki, onlar qanunsuz mərc oyunları təşkil etməklə çox böyük vəsaitləri ələ keçiriblər...".
Xəbərdə deyilir ki, Mersin Baş Prokurorluğunda ifadələri alınan həmin şəxslər bu gün hakim qarşısına çıxarılıblar: "Bu gün məhkəmə onların barəsində həbs qətimkan tədbiri seçib".
Fərid ASLAN
MİA.AZ