ABŞ və Venesuela arasında gərginlik artır. ABŞ Federal Aviasiya Administrasiyası bütün Venesuelanı əhatə edən Maiquetia Uçuş Məlumat Bölgəsi üçün NOTAM yayımlayıb. Bir çox ölkələr bu qərarın ABŞ-ın bu ölkəyə zərbə endirməyə hazırlaşması ilə əlaqələndirib.

Mia.az xarici mətbuata istinadla bildirir ki, bu qərardan sonra Türk Hava Yolları (THY) da Venesuelaya uçuşlarını 4 günlük dayandırıb.

"Türk Hava Yolları"ndan bildirilib ki, 24-28 noyabr 2025-ci il tarixlərində İstanbul-Karakas uçuşları müvəqqəti olaraq təxirə salınıb.

Məlumatda deyilir ki, THY ilə yanaşı, LATAM, TAP, Iberia, Avianca, GOL, Caribbean Airlines və digər beynəlxalq aviaşirkətlər də Venesuelaya uçuşları dayandırıb.

Samir Musayev
MİA.AZ