İsrail ordusu dünən Livanın paytaxtı Beyrutda İranındəstəklədiyi Hizbullah qruplaşmasının hərbi qanadının qərargah rəisini hava zərbəsiylə "aradan götürüb".
Mia.az xarici mətbuata istinadla bildirir ki, bu barədə İsrail ordusu məlumat açıqlayıb.
Bildirilib ki, hücumla "Hizbullah"ın ikinci lideri öldürülüb: "Terror qruplaşmasının ikinci komandanı və təşkilatın faktiki qərargah rəisi hesab edilən Heytəm Əli Təbatəbaini uğurlu əməliyyatla yox edilib"
İsrail Baş naziri Binyamin Netanyahu da faktı təsdiqləyib. O, müdafiə naziri və baş qərargah rəisinin məsləhəti ilə hücum əmri verdiyini bildiirib: "Qısa müddət əvvəl İsrail ordusu "Hizbullah"ın hərbi qanadına rəhbərlik edən Heytəm Əli Təbatəbaini Beyrutun mərkəzində məhv edib. Mən bu barədə əmri Müdafiə naziri və qərargah rəisinin məsləhəti ilə verdim. İsrail məqsədlərinə çatmaq üçün istənilən yerdə və istənilən vaxt tədbir görməyə qərarlıdır. Bunu bir daha təkrarlayır və hər kəsn bilməsini istəyirəm".
Livan Səhiyyə Nazirliyi də faktlı abağlı açıqlamada bildiirb ki, hücumda 5 nəfər ölüb, 28 nəfər isə yaralanıb.
"Hizbullah" da Tabatabainin ölümünü təsdiqləyib: "O, müqavimət hərəkatının təməl daşlarından biri və komandirlərindən idi...".
İsrailin KAN dövlət televiziya kanalı isə bu hücumdan sonra qarşı tərəfdən həmlə gözlənildiyini bəyan edib: "Tel-Əviv hökumətinin Beyruta hücumdan əvvəl ABŞ-ı da mlumatlandırıb. Eyni zamanda, "Hizbullah"dan cavaba hazırlaşıb".
Tahir Şəlvəli
MİA.AZ




