ABŞ prezidenti Donald Trampın həm hücuma, həm də prezidentini devirməyə çalışdığı Venesuelada müharibə xofu böyük narahatlıq yaradıb.
Mia.az xarici mətbuata istinadla bildirir ki, bir neçə gün əvvəl Trampın Prezident Nikolas Maduronu diktator adlandırması və onun devrilməsi, həttə "nöqtə atışı" ilə aradan götürülməsinə eyham vurması isə qarşı tərəfin tədbirləri artırmasına səbəb olub.
Miraflores Prezident Sarayında adını daşıyan film premyerasında iştirak edən Prezident Nikolas Maduro isə jurnlaistlərə açıqlamasında ABŞ-dan çəkinmədiyini deyib: "O, Venesuelada bir rejim və ya diktator olduğunu deyir. O və komandası bu köhnə hekayənu təkrarlamaqdan yorulmurlar"
Maduro bildirib ki, o və xalqı ölkəsini sonadək müdafiə edəcək.
Zülfiyyə Mustafayeva
MİA.AZ