Kosovoda parlament buraxılıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Kosovo prezidenti Vjosa Osmani fərman imzalayıb.

Fərmanda deyilir ki, ölkə başçısı hökumətin yeni tərkibinin təsdiqlənməsi üçün parlamentə təqdimat göndərib: "Lakin hər ikisində də hökumətin yeni tərkibinə etimad göstərilməyib. Bu səbəbdən ölkənin iflic vəziyyətə düşmək təhlükəsiylə üzləşməməsi üçün parlamentin buraxılamsına qərar verilib".

Məlumatda o da deyilir ki, Kosovo Prezidenti Osmani bu fərmanı parlamentdə təmsil olunan partiya liderləri ilə görüşdən sonra verib.

Ölkədə yeni parlament seçkilərinin vaxtı hələ açıqlanmayıb.

Tahir Şəlvəli
MİA.AZ