Avstraliyada güclü qasırğa ölkənin bir hissəsində həyatı iflic edib.

Mia.az xarici mətbuata istinadla bildirir ki, Şimali Avstraliyanı vuran Fina tropik siklonu minlərlə ev və müəssisəni elektriksiz qoyub.

Məlumata əsasən, qasırğanın yollara aşırdığı ağac və dirəklər nəqliyyatın hərəkətini də məhdudlaşdırıb: "Darvin Beynəlxalq Hava Limanında isə uçuşlar müvəqqəti dayandırılıb".

Tahir Şəlvəli
MİA.AZ