Türkiyənin Yalova şəhərində yaşayan balıqçı dənizdə köpəkbalığı tutub.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Esenköydən yelkən açan balıqçı Tuğrul Dilli 4 metr uzunluğunda, 300 kiloqramlıq köpəkbalığını torla "ələ keçirib".
O, "pambıq" növü, yəni, zərərsiz növdən sayılan nəhəng balığı çox çətinliklə təknəsinə çıxararaq limana gətirib: "Mən belə böyük bir köpəkbalığı gözləmirdim. İlk dəfədir ki, belə bir şeylə qarşılaşıram. Onu tordan qayığımıza doğru çəkərkən zərərsiz növ olduğunu biləndən sonra rahatladım. Lakin həqiqətən heyrətamiz hadisəydi..."
Firudin Səfərli
MİA.AZ