"Tariximizin ən çətin anlarından birindəyik".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri ABŞ prezidenti Trampın 28 maddəlik Sülh Planı ilə bağlı bir həfətlik vaxt verdiyi Ukrayna prezidenti Zelenski deyib.
Ukrayna prezidenti bildirib ki, Vaşinqtonun təqdim etdiyi plana görə çox ağır təzyiq altındadırlar: "Çox böyük siyasi təzyiqlə üzləşmişik. Ancaq hər kəs bilsin ki, mən Ukraynaya xəyanət etməyəcəyəm..."
Məlumata görə, Vaşinqton administrasiyası Ukraynanı ABŞ-ın vasitəçiliyi ilə əldə edilən sülh müqaviləsini qəbul etməyə, əks halda bütün yardımları dərhal ksəməklə hədələyir: "ABŞ çox aydın şəkildə plana yox deyiləcəyi halda, silah və kəşfiyyat dəstəyini kəsəcəyini bildirib"
"Reuters" agentliyi yazır ki, Ukrayna rejimi indiyə qədər qarşılaşmadığı təzyiqlə üz-üzə qalıb: "Kiyev rejiminə, konkret Zelenskiyə qarşı tələblər çox sərt formada qoyulub. O, ya cümə axşamına qədər müqavilə layihəsi ilə razılaşacaq, ya da ABŞ-ın dəstəyini itirəcək".
Agentlik bildirir ki, ABŞ-ın Kiyev və Moskvaya təqdim etdiyi 28 maddəlik Sülh paketində Ukraynanın Krım, Donetsk dazil bəzi ərazilərindən birdəfəlik imtinasından tutmuş, ordusunun sayını kəskin azaltması, həmçinin NATO-ya üzvlük məsələsindən imtina kimi ağır şərtlər də var.
"Reuters"ə danışan mənbələr deyir ki, Ukrayna hökuməti Fransa, Almaniya və Böyük Britaniya ilə birlikdə ABŞ sülh planına əks təklif hazırlaylb və onun qəbuluna çalışırlar.
Samir MUSAYEV
MİA.AZ