10 ildən çoxdur ayrı-ayrı zorlama ittihamları üzrə mühakimə olunan məşhur aktyor Kevin Speysi müflis olub.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə onun özü Britaniyanın "The Telegraph" qəzetinə müsahibə verib.
Kevin Speysi etiraf edib ki, açılan cinayət işləri səbəbindən kino sektorunda ciddi təkliflər ala bilməyib: "Üstəlik, çox pul xərcləməli oldm. Bu səbəbdən hər şeyimi itirdim. İndi açıq desəm, sözün əsl mənasında evsizəm. Haradan, hansı ölkədən kiçik epizodik olsa belə, filmə dəvət gələrsə, ora gedir, oradalarda otel, hostellərdə gecələyirəm. Bəli, maddi çöküşdəyəm".
Aktyor buna baxmayaraq, ruhdan düşmədiyini, yenə də böyük filmlərə dəvət alacağına inandığını deyib: "Mən belə bir böyük filmə dəvət zənginin gələcəyini bilir və gözləyirəm".
Xatırladaq kİ, məşhur aktyor indiyə qədər 12 qadın tərəfindən cinsi təcavüzdə günahlandırılıb. O, bütün ittihamları rədd edib. 2023-cü ildə Londonda dörd ayrı-ayrı şikayətlərdən isə bəraət alıb.
Ləman
MİA.AZ